Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Qiymət artımı ilə mübarizənin ən effektiv yolu yerli istehsalın gücləndirilməsidir”.
Bunu 525.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib. O qeyd edib ki, yerli istehsalı artırmaqla, yəni daha çox məhsul istehsal edib onu bazara çıxarmaqla bolluq və qiymət ucuzlaşmasına nail ola bilərik:
“İnflyasiya ilə mübarizədə ilk növbədə istehsalın stimullaşdırılması, yerli məhsul və xidmətlərin bazarda həcminin artırılması vacibdir. Yerli istehsalın gücləndirilməsi həm iqtisadi sabitlik, həm də əhalinin rifahı üçün mühüm faktordur”.
Sevinc Qarayeva