525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bitcoinin qiymətinə həmçinin investor davranışları da ciddi təsir edir. Bir qrup investor Bitcoini uzun müddətli sərmayə kimi saxlayırsa, digər böyük kütlə qiymət artımı zamanı onu sataraq gəlir əldə etmək istəyir".
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. Onun dediyinə görə, qiymət yüksəldikdə, daha çox insan onu almağa başlayır. Bu isə tələbatı artırır və qiyməti daha da yüksəldir. Əksinə, qiymət düşəndə satışlar artır və bu da qiymətin daha da aşağı enməsinə səbəb olur:
"Makroiqtisadi faktorlar, ABŞ dollarının məzənnəsi, faiz dərəcələri, inflyasiya səviyyəsi və s. — Bitcoinin qiymətinə təsir edən mühüm amillərdir. İnsanlar getdikcə kriptovalyutanı inflyasiyadan qorunma vasitəsi kimi görməyə başlayırlar".
Sevinc Qarayeva