Qiyməti kəllə çarxa çıxacaq Pulları ona yatırmaq olar

27.01.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada qızılın qiyməti geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklər səbəbindən sürətlə yüksəlir.
Demorkat.az xəbər verir ki, bir unsiya qızılın qiyməti artıq 5 000 dolları keçib, analitiklər yaxın gələcəkdə qiymətin daha da artacağını proqnozlaşdırırlar. “BCS World of Investments” şirkətinin analitiki Aleksandr Şepelev “TASS” agentliyinə açıqlamasında bildirib ki, geosiyasi gərginliklər davam etdikcə qızılın qiyməti ilin sonuna qədər 6 000 dollara qədər yüksələ bilər.
Ekspertlər deyirlər ki, qızıl ənənəvi olaraq böhran dövrlərində investorlar üçün “təhlükəsiz liman” hesab olunur və hazırkı vəziyyətdə də bu rolunu qoruyur.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью