Qiymətinə görə ən yaxşı android TELEFONLAR

02.07.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"AnTuTu" bençmark platforması 2026-cı ilin iyun ayı üzrə qiymət və performans nisbətinə görə ən yaxşı Android smartfonlarının reytinqini təqdim edib.

Redaktor.az xəbər verir ki, siyahı müxtəlif qiymət kateqoriyaları üzrə hazırlanıb.

999 yuana (təxminən 235 manat) qədər olan smartfonlar arasında ilk üçlükdə Redmi Note 15, Redmi Note 14 5G və Honor Play 10C qərarlaşıb. 1999 yuana (təxminən 470 manat) qədər olan modellər arasında lider Oppo K13 Turbo Pro 5G seçilib. Sonrakı pillələrdə isə OnePlus Ace 5 Racing Edition və realme Neo7 Turbo yer alıb.

2999 yuana (təxminən 705 manat) qədər olan qiymət seqmentində ən yaxşı smartfonlar Redmi K90, realme Neo8 və Oppo K15 Pro+ olub. 3999 yuana (təxminən 940 manat) qədər olan kateqoriyada isə ilk üçlükdə realme GT 8 Pro, Honor Win və RedMagic 11 Air qərarlaşıb.

4000 yuandan (təxminən 940 manatdan) yuxarı seqmentdə AnTuTu-nun reytinqinə iQOO 15 başçılıq edir. Onu Redmi K90 Pro Max və Xiaomi 17 Max izləyir. Reytinq müəllifləri bildiriblər ki, yüksək qiymət seqmentində seçim edərkən artıq istifadəçilərin şəxsi üstünlükləri daha çox rol oynayır. Buraya ekranın ölçüsü və növü, görüntü keyfiyyəti, sistemin ümumi sürəti və digər texniki xüsusiyyətlər daxildir.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью