Qiymətləndiricilər Cəmiyyəti Avropa qurumuna qəbul edilib

27.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Avropa Qiymətləndirici Assosiasiyaları Qrupuna (TEGOVA) üzv qəbul edilib. Üzvlük təşkilatın Baş Assambleyasında yekdilliklə təsdiqlənib.

AQC-nin nümayəndələri Vyanada keçirilən iclasda iştirak ediblər. Baş Assambleyada AQC İdarə Heyətinin sədri Vüqar Oruca və nümayəndə heyətinin digər üzvlərinə üzvlüyü təsdiq edən sənədlər təqdim edilib.

Baş Assambleyada ESG meyarlarının aktivlərin dəyərinə təsiri və süni intellekt texnologiyalarının qiymətləndirmədə tətbiqi müzakirə olunub.

Qeyd edək ki, cəmiyyətin üzvlüyü ilə bağlı ilkin qərar iyulun 28-də qəbul olunub. Beləliklə, AQC Azərbaycanın

TEGOVA-da təmsil olunan yeganə milli qiymətləndirici təşkilatı olub.

TEGOVA Avropanın 43 ölkəsində fəaliyyət göstərən 80 üzv təşkilatı birləşdirir. AQC-nin üzvlüyü Azərbaycan qiymətləndiricilərinə Avropa standartlarını tətbiq etmək, beynəlxalq təcrübə mübadiləsində və peşəkar hazırlıq proqramlarında iştirak etmək imkanları yaradacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью