Qiymətləndirmə sektoruna nəzarət artırılacaq” AQP rəsmisi | Icma.az
Icma.az, Tribuna portalına istinadən məlumat verir. Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qiymətləndirmə sektorunda nəzarət tədbirlər
Belə bir açıqlama ilə Tribunainfo.az-a danışan Palatanın İntizam Komissiyasının sədri Nahid Həsənov məlumat verib.
O bildirib ki, son dövrlərdə qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilatların və qiymətləndiricilərin fəaliyyətinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində ciddi addımlar atılır: “Bu tədbirlər qiymətləndirmə prosesinin standartlara uyğun aparılması, etik normalara riayət olunması və vətəndaşların hüquqlarının qorunması məqsədini daşıyır.
Palata bu çərçivədə həm qiymətləndiricilərə peşəkar təlimlərin keçirilməsini, həm də inzibati və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini planlaşdırır.
Biz istəyirik ki, qiymətləndirmə fəaliyyəti obyektiv və şəffaf qiymətləndirmə nəticəsi ilə fərqlənsin və sektorda peşəkarlığın səviyyəsi yüksəlsin”.
AQP rəsmisi qeyd edib ki, Palata qiymətləndiricilər arasında məsuliyyətin artırılması və peşə etikasına riayət olunması istiqamətində səylərini davam etdirir: “Növbəti mərhələdə planlaşdırılan tədbirlər çərçivəsində sektorda pozuntuların qarşısının alınması və vətəndaşların maraqlarının qorunması üçün əlavə mexanizmlər də tətbiq olunacaq.
Palata eyni zamanda qiymətləndirmə sektorunda innovativ yanaşmaların tətbiqini, peşəkarların davamlı inkişafını və bazar iştirakçılarının məlumatlandırılmasını da diqqət mərkəzində saxlayır.
Bu tədbirlər uzunmüddətli perspektivdə Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq standartlara uyğun inkişafına xidmət edəcək”.
Tam oxu
Xəbəri oxu