Qiymətlər və limit məsələsində problemlər var Siyavuş Novruzov

27.12.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bir neçə məsələ ilə bağlı fikir bildirmək istəyirəm. İlk olaraq, Prezident İlham Əliyevə təşəkkür edirəm ki, 2025-ci ildə Naxçıvanda yeni istilik elektrik stansiyasının tikilməsi ilə bağlı sərəncam imzaladı".

Redaktor.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bunu deputat Siyavuş Novruzov deyib:

"Ancaq müraciətlərdə qazla bağlı bəzi şikayətlər var. Düzdür, Naxçıvanda qazlaşma var. Türkiyədən ikinci xətt vasitəsilə Naxçıvanın qazla təmin edilməsinə qərar verilsə də, qiymətlər və limit məsələsində problemlər var. Bu ərazilərdə qiymət Aran, Mil-Muğandan fərqli olmalıdır. Çünki oralarda qış uzundur və şaxta 4-5 dərəcədən başlayır. Belə olan halda istiliyə ehtiyac yaranır".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью