Qiymətlərdə şok artım: Ən çox bahalaşma bu sahədədir SİYAHI

11.08.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faiz yüksəlib. pizza sifarişi

2025-ci ilin iyul ayı ilə müqayisədə 2026-cı ilin iyulunda istehlak qiymətləri 5,8 faiz artıb. Bununla yanaşı, cari ilin iyul ayında istehlak qiymətləri iyun ayı ilə müqayisədə 0,1 faiz azalıb. Beləliklə, ilin ilk yeddi ayında qiymət artımında ən yüksək göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları qrupunda qeydə alınıb.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью