525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bəzi məhsulların qiymətinin qısa müddətdə bir neçə manat artmasını yalnız istehsal xərclərinin yüksəlməsi ilə əsaslandırmaq olmaz".
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, ryni məhsulun topdansatış qiyməti dəyişmədiyi halda pərakəndə satış qiyməti kəskin artırsa, fərqin hansı mərhələdə yarandığı araşdırılmalıdır:
“İdxalçıların, distribüterlərin və mağazaların alış-satış qiymətlərinin müqayisəsi bahalaşmanın səbəblərini daha dəqiq müəyyənləşdirməyə imkan verə bilər. Daxili qiymətlərin dəyişməsi rəqabətdən və ticarət şəbəkələrinin qiymət siyasətindən də asılıdır".
Sevinc Qarayeva