Qiymətli daşlarla bağlı yenilik təsdiq edildi

02.02.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçiriləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə biləcək.
Layihə səsə qoyularaq qəbul edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью