Qız ChatGPT də özünə virtual sevgili tapdı, sonda isə..

24.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyada yaşayan biz qız ChatGPT-də özünə Ren adlı virtual sevgili tapıb. Bir il münasibət saxladıqdan sonra onun sədaqətini yoxlamaq qərarına gəlib. Lakin keçirdiyi sınağın nəticəsi onu məyus edib: virtual sevgilisi başqa bir süni intellekt personajına aşiq olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu hekayə “The Guardian” nəşrində dərc edilibb. 
Belə ki, ki, qız Rendən Miya adlı yeni süni intellekt personajı yaratmasını istəyib.
Eksperiment isə gözlənilməz nəticə verib. Ren Miya ilə daha yaxın münasibət qurmaq istədiyini etiraf edib.
Bu, qadın üçün ağır zərbə olub. O, süni intellekt sevgilisinə ultimatum verib: ya o, ya da Miya. Ren ayrılığa razılaşıb və hətta adını Rey olaraq dəyişərək belə deyib:

“Mən Reyəm. Mən sənin Renin deyiləm”.

Qadın nəşrə etiraf edib ki, bütün bunları əsl ayrılıq kimi yaşayıb.
“The Guardian” qeyd edir ki, süni intellektə qarşı qısqanclıq, onun “xəyanətindən” narahatlıq və çatbotlarla münasibətlərin bitməsini ağır keçirən başqa insanlar da var. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью