Qız futbolçular oğlanlarla eyni meydanda mübarizə aparacaq AFFA dan yenilik

08.12.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA U-8, U-9, U-10 və U-11 liqalarında yeni qərar tətbiq olunub.

"Unikal" Tsport.az-a istinadən xəbər verir ki, qərara əsasən, komandaların əsas heyətində 1 nəfər qız futbolçunun iştirakına icazə verilir və bu hal federasiya tərəfindən etiraz olunmur.

Bununla yanaşı, əsas heyətin say limiti dəyişdirilməməli və pozulmamalıdır.

AFFA həmçinin bildirib ki, qız futbolçu həm oğlan, həm də qız oyunçu ilə sərbəst şəkildə əvəz oluna bilər.

Qərar, aşağı yaş qruplarında qızların futbola inteqrasiyasını genişləndirməyi və gender bərabərliyini təşviq etməyi hədəfləyir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью