Qız qaçıran kişi maşının baqajında ölü tapıldı

26.11.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qız qaçıran kişi maşının baqajında ölü tapıldı

Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bir müddət əvvəl 1988-ci il təvəllüdlü A.Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-yi (ad - soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada A.Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda A.Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью