Qız uşaqlarının ginekoloji sağlamlığı | Icma.az
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır.
Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır.
Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir.
Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhəniz yaranarsa, qızınızı mütləq endokrinoloq və pediatra (daha yaxşı olar ki, pediatr-ginekoloqa) göstərin.
Analar qızlarının ginekoloji sağlamlığına daim diqqət yetirməli, sonralar isə qızların özünü də orqanizmlərinə qarşı diqqətli olmağa alışdırmalıdırlar.
Əgər erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir pozğunluq vaxtında aradan qaldırılmazsa, bu, gələcəkdə qız uşağının sağlamlığına çox pis təsir edərək sonsuzluğa və qadın cinsiyyət üzvlərinin müxtəlif xəstəliklərinə səbəb ola bilər.
Balaca qızları soyuqlamadan qorumaq, onların gigiyenasına riayət etmək və özlərinə də gigiyenik vərdişləri öyrətmək lazımdır.
Tam oxu
Xəbəri oxu