Qız üstündə dava: Tələbə universitetindən qovuldu?

23.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tələbələr arasındakı mübahisə təhsil müəssisəsindən kənarda baş verib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Qarabağ Universitetinin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib:

“Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb. Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”.

Qeyd edək ki, Qarabağ Universitetinin tələbələrinin qıza görə dava etdiyi və döyülən gəncin universitetdən qovulduğu bildirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью