Qız və oğlan uşaqlarında ilginc fərq: Doğuşdan bəri...

24.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kembric Universitetinin psixoloqları hesab edirlər ki, diqqətdəki cins fərqləri doğuşdan etibarən özünü göstərir.

Belə ki, qız körpələr insanların üzünə, oğlan körpələr isə obyektlərə daha çox baxır. 

“Cebheinfo.az” xəbər verir ki, 130 körpənin iştirak etdiyi bir araşdırma "Cins Fərqləri Biologiyası" jurnalında dərc edilib.

Doğuşdan sonrakı ilk saatlarda körpələrə yan-yana iki video göstərilib: hərəkət edən insan üzü və cazibə qüvvəsi ilə yellənən asılmış metal top olan “Nyuton beşiyi”. Cinsiyyətindən asılı olmayaraq bütün körpələr üzə daha çox baxıblar. Lakin, orta hesabla qızlar üzə, oğlanlar isə topa daha çox baxıblar.

Təcrübə doğuşdan bir neçə saat sonra, hər hansı bir həyat təcrübəsi və ya sosial gözləntilərdən əvvəl aparıldığı üçün fərqlər hormon səviyyələri və genlər kimi prenatal amillərə əsaslanıb.

Yeni tədqiqat Kembric psixoloqları tərəfindən aparılan, lakin iyirmi ildən çoxdur dava etməyən bir tədqiqatı təkrarlayıb: yeni doğulmuş körpələr üzərində təcrübələr aparmaq olduqca çətindir. Ovaxtkı mənzərə də eyni idi. Bu dəfə şərtlər daha sərt olub: uşaqların baxışları daha etibarlı bir metodla qeydə alındı və videolar körpənin cinsindən və ya nəyə baxdıqlarından xəbərsiz olan mütəxəssislər tərəfindən təhlil edilib. Bu, gözləntilərin nəticələrə təsadüfən təsir etmə ehtimalını aradan qaldırıb.

Lakin alimlər geniş nəticələr çıxarmaqdan çəkiniblər. "Bu fərqlər hər oğlana və ya hər qıza aid deyil. Onlar yalnız qrupları orta hesabla müqayisə etdikdə görünür. Hər cins daxilində əhəmiyyətli dəyişkənlik və üst-üstə düşmə var", - deyə tədqiqatçı Kerri Allison qeyd edib. Əvvəllər eyni komanda beyin quruluşundakı fərqlərin doğuşdan əvvəl də müəyyən edildiyini göstərirdi; indi isə diqqət və davranışda fərqlər əlavə ediblər.

Müəlliflər ümid edirlər ki, bu ən erkən cins fərqlərinin mənşəyini anlamaq, oğlanlarda qızlara nisbətən təxminən iki dəfə çox diaqnoz qoyulan neyromüxtəlifliyi və autizmi anlamağa kömək edəcək. Komanda hazırda bu erkən fərqlərin sonrakı inkişafa necə təsir etdiyini müəyyən etmək üçün uzunmüddətli müşahidə tədqiqatları aparır.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью