Qız, vücudun nədəndir? Günün şeiri

06.05.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün dramaturq, tərcüməçi, Xalq şairi Məmməd Rahimin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Qara gözlərin” şeirini təqdim edir.

Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı.
Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.
Sənmi dolandırırsan söylə, çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?
Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.
Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun ənbərmidir?
Sənə axar su deyim, suyu dayandırarsan.
Atəşmi adlandırım, alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

Uşaq nağıllarından "ehtiraslı pərilərə": Pəri romantikası nədir və niyə bu qədər populyardır? Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью