Qızdırma dərmanı içən 6 aylıq körpə öldü | Icma.az
Icma.az, Lent az saytına istinadən bildirir. Rusiyanın Yekaterinburq şəhərində xeyriyyə fondunda yaşayan 6 aylıq körpə qızdırma dərmanı içən
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın uşağı ilə birlikdə müəssisəyə təxminən bir həftə əvvəl köçüb.
Bir müddət sonra oğlan xəstələnib. Uşaqda qızdırma, qusma və ishal yaranıb. Məlumata görə, ana oğlunu təkbaşına müalicə etməyə başlayıb.
Bunun üçün körpəyə qızdırma salan dərman içizdirib. Lakin səhər beşikdəki uşağı yoxlayarkən onun nəfəs almadığını görüb.
Uşağı xilas etmək mümkün olmayıb. Müstəntiqlər hadisə ilə bağlı hələlik şərh verməyiblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu