Qızı aktyorun öldüyünü 20 gün sonra açıqladı

22.05.2025

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hollivud aktyoru Maykl Alaimo vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib. O, mayın 2-də Kaliforniyanın Burbank şəhərində vəfat etsə də qızı Qabriella Alaimo yalnız indi bu barədə danışıb.

Qeyd edək ki, Alaimo 60 illik karyerasında bir çox filmdə rol alıb. O, 1996-cı ildə “Space Jam” və 1979-cu ildə “Oskar” mükafatına namizəd olan “Çin Sindromu” filmləri ilə məşhurlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью