Qızı Brüs Uillisin son durumunu açıqladı

22.11.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Hollivud ulduzu Brüs Uillisin qızı bir neçə il əvvəl afaziya diaqnozu qoyulmuş 70 yaşlı aktyorla bağlı yeni məlumat yayıb.

Axşam.az xəbər verir ki, qız atasının artıq onu tanımadığını deyib. Eyni zamanda, qız tək sevincinin atasının hələ də onun sevgisini hiss etməsi olduğunu deyib:

"Mən onu qucaqladığımda - hətta mənim kim olduğumu başa düşməsə belə  o, mənim sevgimi hiss edir, mən də onu hiss edirəm. Onda hələ də bir qığılcım var".

Rumer atasının vəziyyəti ilə bağlı sualları cavablandırmağın getdikcə çətinləşdiyini vurğulayıb.

Qeyd edək ki, Brüs afaziya diaqnozu qoyulanduqdan sonra karyerasını bitirib.

"Düzünü desəm, demensiyası olan hər kəs özünü yaxşı hiss etmir. Onlar bu xəstəliklə bacardıqları qədər mübarizə aparırlar" deyə, o, izah edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью