Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Gövhər Rzayevanın qızı Ülkər anası ilə münasibətindən və gələcək planlarından danışıb.
Axşam.az xəbər verir ki, Ülkər bu barədə “Bir gün” verilişində açıqlama verib. O, anasının hər zaman ona dəstək olduğunu və heç nəyi əsirgəmədiyini bildirib:
“Anam bizə həm ana, həm də ata olub. Çox zəhmətkeş insandır. Bizdən heç nəyi əsirgəməyib. Hər zaman dayağımız olub. Allah hamıya belə ana nəsib etsin. Ondan gizlinim yoxdur, hər şeyimi onunla bölüşürəm.
Modelyerliyi sevirəm. Bu sahədə çalışmağa başlayacağam”.
Gövhər Rzayeva isə qızının ev işləri ilə məşğul olmasını istəmədiyini deyib:
“Ona deyirəm ki, get, bazarlıq et, pul qazan. Ev işlərini özüm edəcəyəm. Qoymuram evdə iş görsün”.