Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyəli məşhur aktyor Selçuk Yöntem qızı Iraz Yöntemlə eyni serialda rol alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor instaqram hesabında paylaşım edib.
O bu sözləri yazıb: “ İnana bilmədiyim bir dövrdəyəm, qızımla eyni serialda rol alıram”.
Qeyd edək ki, aktyorun qızı “Leyla: Hayat... Aşk... Adalet...” serialında vəkil obrazını canlandırır. S.Yöntem isə ekran işinə yeni qatılaraq Vedat Köroğlu obrazına həyat verir.