Qızı ilə fotolarını paylaşdı

13.11.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

Paris Hilton qızı Londonun 3-cü doğum günü münasibətilə ona səmimi sözlər ünvanlayıb.
OLAY yazır ki, 45 yaşlı ulduz qızı ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşaraq hər zaman bir qız övladının olmasını arzuladığını etiraf edib. Məşhurun sözlərinə görə, Londonun dünyaya gəlməsi onun həyatını tamamilə dəyişib.

“Ad günün mübarək, mənim gözəl balaca Londonum! Özümü dərk etdiyim gündən London adlı bir qızımın olmasını arzulayırdım. Lakin sən təsəvvür edə biləcəyimdən də möhtəşəmsən. Artıq sənsiz həyatımı təsəvvür edə bilmirəm” deyə Paris Hilton paylaşımında yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью