Qızıl 1% ucuzlaşıb

11.05.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal əmtəə bazarlarında qiymətli metalların qiymətlərində qarışıq dinamika müşahidə olunub.

Birja məlumatlarına görə, COMEX birjasında iyun fyuçersləri üzrə qızılın qiyməti 1,04% və ya 49,1 ABŞ dolları azalaraq bir unsiya üçün 4 681,6 ABŞ dolları olub. Spot bazarda qızılın qiyməti isə 0,85% və ya 40,16 ABŞ dolları azalaraq 4 675,09 ABŞ dollarına enib.

Platinumun spot qiyməti də 0,91% və ya 18,69 ABŞ dolları azalaraq bir unsiya üçün 2 039,99 ABŞ dolları olub.

Gümüşün iyul fyuçerslərinin qiyməti əksinə, 0,02% artaraq bir unsiya üçün 80,89 ABŞ dolları təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью