Qızıl 4 300 dollara düşdü

14.09.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Qızıl qiymətləri neftin bahalaşmasının inflyasiya narahatlığını artırması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu həftə faiz artıracağı gözləntilərinin güclənməsi fonunda ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 334,31 dollara düşüb. ABŞ qızıl fyuçersləri isə 0,8% ucuzlaşaraq 4 375 dollara enib.

ABŞ-də avqustda inflyasiyanın sürətlənməsi FES-in faiz artıracağı gözləntilərini gücləndirib. İnvestorlar FES-in 15-16 sentyabr iclasında faiz artıracağı ehtimalını 86,5% qiymətləndirirlər. Bu göstərici ötən həftə təxminən 67% idi.

Neft qiymətlərinin 2%-dən çox bahalaşması da inflyasiya narahatlığını artırıb. Yaxın Şərqdə hücumlar və əsas neft boru kəmərlərindən birinin bağlanması qlobal neft tədarükü ilə bağlı riskləri gücləndirib.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью