Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya əmtəə bazarında qızılın qiyməti 4 500 ABŞ dollarından yuxarı səviyyədə qalmaqda davam edir.
BAKU.WS xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,06 faiz geriləyərək 4 542,7 dollar olub.
Eyni zamanda, gümüş bazarında yüksəliş qeydə alınıb. Belə ki, 2026-cı ilin sentyabr ayı üzrə gümüş fyuçerslərinin qiyməti 2,01 faiz artaraq bir unsiya üçün 67,91 dollara çatıb.
Beləliklə, qızılda cüzi ucuzlaşma müşahidə olunsa da, qiymətli metalın kotirovkası 4 500 dollar səviyyəsindən yuxarı olaraq qalır.