Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qızıl Aypara – 105 Müsahibimiz AzQAC-nin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovdur – Martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaranmasının 105-ci ili tamam olur.
Söhbətə bu cəmiyyətin yaranma tarixi və keçdiyi yol barədə qısa məlumatla başlayaq. – Böyük mənuniyyətlə.
Bilirsiniz ki, dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən təşkilatlar çoxdur.
Amma bu qurumların arasında öz yüksək humanist missiyası, eləcə də miqyası və fəaliyyət dairəsinin genişıiyinə görə Qızıl Aypara Hərəkatı xüsusilə fərqlənir.
Hərəkatın missiyası müharibə və münaqişələrə cəlb olunan insanların etnik, dini mənsubiyyətlərinə fərq qoymadan, hər hansı bir ayrı-ayrı seçkiliyə yol vermədən tibbi, digər humanitar yardımlar göstərməkdir.
Azərbaycan bu beynəlxalq hərəkata hələ 1920-ci ildə qoşulub.
Həmin ilin martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483 min 490 rubl məbləğində vəsait ayrılmışdır.