Qızıl bazarında BAHALAŞMA VİDEO

16.12.2024

Icma.az bildirir, News24 portalına istinadən.

Yeni il ərəfəsində qızıl-zinət əşyalarının qiymətində bahalaşma müşahidə edilir. Bahalaşmanı alıcılar da, satıcılar da təsdiq edirlər.

Paytaxtın qızıl bazarında çeşid çoxdur, qiymət isə bahadır.

Satıcılar son günlər qızılın qiymətində artım olduğunu deyir və bayram ərəfəsində bazarda durğunluq yaşandığını bildirirlər.

Ekspertlər isə hesab edirlər ki, Azərbaycan qızıla olan tələbi daha çox idxal hesabına ödəyir və qızıl İtaliya, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. Mütəmadi olaraq dünya qızıl bazarında bahalaşma müşahidə edilir. Elə buna görə də Azərbaycan qızıl bazarında da qiymət artımları olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью