Qızıl bərabər bürünc 58 İdman və Biz | Icma.az
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
58 il öncə, noyabrın 30-u "Neftçi" Bakıda 17 ildi uda bilmədiyi Moskva "Spartak"ını 3:0 hesabı ilə darmadağın edərək SSRİ dövrü ən böyük uğurunu - ölkə çempionatının bürünc medalını qazandı.
"Spartak"ın heyətində Gennadi Loqofet, bir neçə il öncə "Qəbələ"nin baş məşqçisi kimi çalışmış Yuri Syomin və başqa tanınmış futbolçular vardı.
Sonralar futbol şərhçisi olan Vladimir Maslaçenkonun qoruduğu qapıdan topları Anatoli Banişevski (2) və Eduard Markarov keçirdilər.
45 min tamaşaçının izlədiyi oyuna maraq o qədər böyük idi ki, qarşılaşma təkcə Azərbaycanda deyil, Gürcüstan və Ermənistan televiziyalarında da yayımlanırdı.
2012-ci il avqustun 30-u "Neftçi" Kiprdə APOEL-i 3:1 hesabı ilə məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə bir avrokubokun - Avropa Liqasının qrup mərhələsinə yüksəldi.
SSRİ çempionatının bürünc medalından sonra bu, klubun və futbolumuzun ən böyük uğuru idi.
"Ağ qaralar"ın tarixində canlı şahidi olduğum ən böyük uğur isə klubun Moskvada "Birlik kuboku"nu qazanmasıdı.
Tam oxu
Xəbəri oxu