Icma.az, Lent az portalına istinadən məlumat verir.
İstanbulda 32 yaşlı Moldova vətəndaşı zərgərlik mağazasından 200 üzük oğurlayıb. Lakin sonradan üzüklərin qızıl deyil, plastikdən hazırlanmış saxta nümunələr olduğu üzə çıxıb.
Lent.az xəbər verir ki, oğru İstanbulun Kartal rayonunun Orhantəpə məhəlləsində vitrindəki plastik üzükləri əsl qızıl-zinət əşyaları zənn edərək onları sırğa və bilərziklərlə birlikdə götürüb.
Oğurluqdan sonra Türkiyəni tərk etməyə çalışan şəxs Sabiha Gökçen hava limanında polis tərəfindən saxlanılıb.
Mağaza sahibi bildirib ki, oğurluq hallarının qarşısını almaq məqsədilə vitrində əsl qızıl üzüklər əvəzinə onların plastik surətlərini yerləşdirib.
Dindirildikdən sonra şübhəli şəxs məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.