Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İngiltərənin “Koventri Siti” klubu “Brayton”dan icarəyə götürdüyü qapıçı Karl Raşvortun transfer hüquqlarına tam yiyələnib və onunla uzunmüddətli müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Transfermarkt” portalının verdiyi xəbərə görə, “Koventri” 25 yaşlı ingiltərəli qolkiper üçün 22 milyon funt-sterlinq ödəyib.
Ötən mövsüm icarə əsasında “mavilər”in formasını geyinən Raşvort Frenk Lempardın baş məşqçisi olduğu komandanın Çempionşipin qalibi olmasına və Premyer Liqaya qayıtmasına böyük töhfə verib.
2025/2026 mövsümündə 17 matçda qapısını toxunulmaz saxlayan Raşvort Çempionşipin “Qızıl əlcək” mükafatına layiq görülüb.