Qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yenilədi

01.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və bir trua unsiyası üçün 3 550 dollardan yuxarı qalxıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 6:48-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir trua unsiyası üçün 3 550.2 dollar (+ 0.97%) təşkil edib. Cəmi beş dəqiqədən sonra qızılın qiymət artımı bir unsiya üçün 3 430.3 dollara qədər azalıb (+ 0.4%).

Bakı vaxtı ilə saat 7:02-də isə qızılın qiymət artımı sürətlənib və bir trua unsiyası üçün 3 552.4 dollar (+ 1.03%) təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью