Qızıl hasilatı 71 faiz çoxalıb

22.05.2025

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Cari ilin yanvar–aprel aylarında qızıl istehsalı 71,2 faiz artaraq 1026,3 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari il mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 66,5 faiz azalaraq 64,5 kiloqram olub.

Bundan başqa, hesabat dövrü ərzində gümüş istehsalı 21,9 faiz artaraq 1372 kiloqram təşkil edib. Mayın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq 579,1 kiloqram qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью