Qızıl kəskin bahalaşacaq BU tarixdən

05.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qızılın qiyməti ilə bağlı gözləntilər yüksəlir. Bir sıra beynəlxalq banklar 2027-ci ilin sonunadək bir troya unsiyası qızılın 5 000-6 300 dollara çata biləcəyini proqnozlaşdırır. Bu gözləntilər fonunda mərkəzi bankların qızıl ehtiyatlarını artırması və dolların dünya valyuta ehtiyatlarındakı payının azalması diqqət çəkir.
 

Goldman Sachs 2027-ci ilin sonu üçün qızılın qiymətini 5 400 dollar səviyyəsində proqnozlaşdırır. UBS də eyni qiyməti gözləyir. JPMorgan-ın hədəfi 6 300 dollar, Citi-nin proqnozu isə 5 000 dollardır. Morgan Stanley qiymətin 5 000 dolları keçəcəyini gözləyir.


Bank of America əsas ssenaridə 5 000 dollar, daha əlverişli bazar şəraitində isə 8 000 dollar qiymət ehtimalını nəzərdən keçirir. Bununla belə, bu rəqəmlər proqnozdur və qiymətin mütləq həmin səviyyələrə yüksələcəyi demək deyil.
Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar 2026-cı ilin ikinci rübündə xalis 289 ton qızıl alıblar. Bu, birinci rübdə qeydə alınan 57 tonla müqayisədə ciddi artımdır.
Bununla belə, ilin ilk yarısında mərkəzi bankların ümumi xalis qızıl alışları 345 ton təşkil edib. Bu göstərici 2022-ci ildən bəri ilk yarımilliklər üzrə ən aşağı səviyyədir.
 

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, ABŞ dollarının qlobal rəsmi valyuta ehtiyatlarındakı payı 2026-cı ilin ikinci rübündə 56,7%-ə düşüb. Birinci rübdə bu göstərici 57,18% olub.


ABŞ-ın dövlət borcu da 2026-cı ilin avqustunda 40 trilyon dolları ötüb. Konqresin Büdcə İdarəsi borcun 2036-cı ilin sonunadək 64 trilyon dollara çata biləcəyini proqnozlaşdırır.
Doğrudanmı, qızıl bu qədər bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, qızıl şübhəsiz ki, növbəti ildə də bahalaşacaq:
“Amma qızılın kəskin bahalaşması üçün ilk növbədə müharibələr bitməlidir. Eyni zamanda enerji daşıyıcılarının  qiyməti aşağı düşməlidir. Çünki bunlar tərs mütənasibdirlər. Bir də FED gələn il davamlı şəkildə uçot dərəcəsinin aşağı salmalıdır. Bütün bunlar baş verərsə, qızılın qiyməti kəskin artacaq. Bu dediklərimiz baş verməsə, qızılın qiyməti nisbətən bahalaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью