Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nyu Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti daha 13 dollar bahalaşıb. Teleqraf xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti 3.82% artaraq 5317 dollara çatıb. Bu gün Bakı vaxtı ilə saat 11:32-də qiymətli metalın qiyməti tarixi maksimuma çataraq 5 300 dolları keçib.
Qızılın qiymətinin maksimum həddə çatmasının səbəblərini izah edən iqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirdi, qızıl qiymətləri artıq bir neçə ildir yüksəlir və bu artımın 2026-cı ildə də davam edəcəyi gözlənlir: 
- İnvestisiya bankları, proqnoz təşkilatları 2026-cı il üçün qızılın qiymətinin 5400-5500 dollara qədər bahalaşacağına dair proqnozlar veriblər. Bu, 2025-ci ilin son qiymətlərindən təqribən 10-12 faiz daha yüksəkdir. 1 il ərzində qiymətlər daha da yüksələcək. Bunun müxtəlif səbəbləri var. Qızılın qiymətinin artması ilk növbədə qlobal risklərlə bağldıır. Bunlar həm iqtisadi, ticari, hərbi, dünyanın yenidən bölüşdürülməsiylə bağlı risklərdir. Dünyanın hazırkı nizamına qarşı çağırışlar ciddi risklər yaradır. Dünya xəritəsində baş verən hərbi əməliyyatlar, siyasi gərginliklər, Qərblə qlobal cənubun qarşıdurması, Çin-ABŞ münasibələrinin kəskinləşməsi, Rusiya-Qərb qarşıdrması, iqtisadi sanksiyalar qlobal qeyri-müəyyənlikləri yüksəldir. Qızıl da sığorta aləti kimi diqqət mərkəzində olur. Burada inflyasiyanın aşağı düşməsiylə əlaqədar dolların ucuzlaşması da rol oynayır. Qızıl dollarda ifadə olunduğuna görə qiymətə də təsir edir. Vətəndaşların qızıla investisiya edib-etməməsinə gəlincə, unutmamalıyıq ki, hər bir investisiya qərarı risklərlə bağlıdır. Proqnozlar özünü doğrulda da bilər, doğrultmaya da bilər. Riski vətəndaş başa düşməlidir. Qızılı sikkə və ya külçə halında, ya da əmtəə alışı olaraq əldə etməlidir. Qızılın qiyməti qalxacaq deyə qızıl zinət əşyaları almaq maliyyə itkisinə gətirib çıxara bilər. Çünki zinət əşyalarının tərkibində qızılın çəkisi az miqdarda olur. Dəbin dəyişməsi, zövqlərin müxtəlifliyi zinət əşyalarının sonradan satılamasında problemlər yaradır. Zinət əşyası alındığı qiymətdən çox daha ucuz qiymətə satılır. Bu məsələdə mümkün risklər dəyərləndirilməlidir. Qızıl külçə və ya sikkə haında, ya da onun törəmə kağızları alınmalıdır. Digər qiymətli metalların qiymətində də artım davam edir. Gümüşün də qiyməti artıb, 100 dolların üzərindədir hazırda. Nadir metallarda da bahalaşma müşahidə olunur.