Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəbələ, 30 sentyabr, AZƏRTAC
Qızıl medal qazandığım üçün xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında oğlanların yarışında qızıl medal qazanan Rusiyanın stend atıcısı German Telenin deyib.
O, yarışın çox gərgin keçdiyini bildirib: “Yarışın startından öncə həyəcanlı idim. Sonra isə diqqətimi yalnız öz performansıma yönəltdim. Sonadək mübarizə apardım. Bu uğur komandamın və məşqçilərimin dəstəyi sayəsində mümkün oldu”.
Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.