Qızıl mədənində çökmə, ölənlər var

25.04.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Qızıl mədəninin çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konqo Demokratik Respublikasında baş verib.

Cənubi Kivu valisi Douglas Dunia Masumbuko, Kabare bölgəsindəki Luhihi mədənində baş verən çökmə nəticəsində 10 nəfərin həyatını itirdiyini və yaralıların vəziyyəti nəzərə alınarsa, ölənlərin sayının arta biləcəyini qeyd edib.

Qəzanın iqlim dəyişikliyi ilə bağlı təbii fəlakət nəticəsində baş verdiyini bildirən Masumbuko, qəzada bölgədəki nəzarətsiz tikinti işlərinin və qızıl quyularının lazımi səviyyədə baxımının da təsirli olduğunu vurğulayıb.

Oksana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью