Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az Dünya bazarlarında qızılın qiyməti bir troya unsiyası üçün 4 880 ABŞ dollarını ötüb.
Qızılın qiyməti son günlərdə ardıcıl olaraq artmağa davam edir. Qızıl daha da bahalaşacaqmı?
Bunun Azərbaycan bazarına hansı təsirlər olacaq? Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a danışıb: "Dünya bazarında qızılın
Öncəliklə, geopolitik risklərin qızılı investorlar üçün etibarlı investisiya vasitəsinə çevirdiyini düşünürəm.
Son günlər ABŞ-nin bəzi Avropa ölkələrinə tarif təhdidləri və artan geosiyasi gərginlik qlobal bazarlarda qeyri-müəyyənliyi gücləndirib.
Qlobal iqtisadi qeyri-müəyyənlik artdıqca da investorlar riskli alətlərdən çıxaraq real aktivlərə yönəlirlər.
Xüsusilə, beynəlxalq səhm bazarlarının dalğalanması və inflyasiya, investorları “təhlükəsiz liman” kimi qızılı seçməyə təşviq edir.