Qızıl neçəyə satılır?

16.09.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Qızıl qiymətləri investorların ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz qərarını gözləməsi fonunda cüzi dəyişib.

“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,1% azalaraq bir unsiya üçün 4 288,48 dollara düşüb. ABŞ qızıl fyuçersləri də 0,1% ucuzlaşaraq 4 328,10 dollar olub.

Bazarlarda FES-in ən azı 25 baza bəndi faiz artıracağı ehtimalı 92,4% qiymətləndirilir. Faiz qərarından sonra FES sədri Kevin Warsh mətbuat konfransı keçirəcək.

Güclü dollar və 100 dollardan yuxarı neft qiymətləri də qızıla təzyiq göstərir. Yüksək neft qiymətlərinin inflyasiyanı artıracağı gözləntiləri FES-in faiz siyasəti ilə bağlı gözləntiləri gücləndirir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью