Qızıl növbəti rekorddan sonra kəskin ucuzlaşdı

02.02.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, bu gün qızılın 1 qramının qiyməti 256,5 manata bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, 1 qram qızılın qiyməti son bir iş günü ərzində 10,2% (29,3 manat), son 2 iş günü ərzində isə 15,8% (48,2 manat) ucuzlaşıb.
Məlumat üçün bildirək ki, bir qram qızılın qiyməti yanvar ayının 29-da 304,7 manata yüksələrək rekord səviyyəyə çatıb.
Son 16 il ərzində qızılın qiyməti 10,5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 16 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью