Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Avropada çıxış edən 21 yaşa qədər ən yaxşı gənc futbolçuya təqdim olunan “Qızıl oğlan” mükafatının 25 nəfərlik finalçı siyahısı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, iddialılar arasında “Barselona”nın müdafiəçisi Pau Kubarsi və “Real”ın (Madrid) hücumçusu Endrik də var.
Əsas siyahıda həmçinin Ayyub Buaddi (“Mançester Siti”), Uorren Zair-Emeri (“PSJ”), Yan Diomande (“Real”), Luka Vuşkoviç (“Brayton”), Viktor Froholdt (“Portu”), Maylz Lyuis-Skelli (“Arsenal”), Rayan (“Bornmut”), Yorrel Hato (“Çelsi”), Lennart Karl (“Bavariya”), Estevao (“Çelsi”), Eli Cunior Krupi (“Bornmut”), Canluka Prestianni (“Benfika”), Konstantinos Karetsas (“Borussiya” Dortmund), Said El-Mala (“Kölən”), Yon Martin (“Real Sosyedad”), Mark Bernal (“Barselona”), Kerim Alaybeqoviç (“Yuventus”) və Finn Yelç (“Ştutqart”) yer alıblar.
Təşkilatçılar tərəfindən “Wild card” alan 5 futbolçu isə Xaralampos Kostulas (“Brayton”), Joan Qadu (“Borussiya” Dortmund), Franko Mastantuono (“Fiorentina”), Rodriqo Mora (“Roma”) və Xavi Espartdır (“Barselona”).
“Qızıl oğlan” mükafatını 2024-cü ildə “Barselona”dan Lamin Yamal, 2025-ci ildə isə “PSJ”dən Dezire Due qazanıb. Qaydalara əsasən, qalib gələn futbolçu bu mükafatı ikinci dəfə ala bilməz.