Qızıl Palma Mükafatı almış rejissorun da evi vuruldu

25.03.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyaca məşhur iranlı kinorejissor Abbas Kiarüstəminin evi ABŞ-İsrail tərəfindən İrana qarşı bombardman zamanı zərər görüb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

"Kiarüstəminin evi ABŞ-yə qarşı ehtimal olunan "qaçılmaz təhlükə"nin bir hissəsi idimi?! Həqiqət budur ki, bu ABŞ-İsrailin “şıltaqlıq müharibəsi” yalnız bir dövlətə qarşı deyil, dərin köklü bir mədəniyyətə, sivilizasiyaya və kimliyə qarşıdır. İran, məhz bu köklərdən güc alaraq, düşmənlərini diz çökdürəcək", - nazirliyin sözçüsü Baqeyi sosial mediada yazıb.

"Albalı dadı" filmi ilə Kann Film Festivalında Qızıl Palma Mükafatını qazanan Kiarüstəmi "Yaxın plan" və "Dostun evi haradadır?" kimi filmləri ilə də tanınır.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью