Qızıl Portağal üçün müraciətlər başladı | Icma.az
Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalına müraciətlər açıq elan edilib Kulis.az xəbər verir ki, Türkiyənin ən nüfuzlu kino festivallarından biri olan 62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı bu il 24 oktyabr - 2 noyabr tarixlərində keçiriləcək.
Milli Bədii Film , Milli Qısa Film , Milli Sənədli Film və Kino Məktəbləri Tələbə Film Yarışmalarına müraciətlər avqustun 22-dək davam edəcək..
Təşkilatçıların verdiyi məlumata görə, daha əvvəlki festival üçün 12 avqust 2024-cü il son qəbul tarixinə qədər təqdim edilməyən, ictimaiyyətə açıq şəkildə nümayiş etdirilməmiş və digər yerli festivallarda iştirak etməmiş filmlər bu dəfə festival üçün namizədliyini irəli sürə biləcək.
Festivalın builki mükafat kateqoriyalarına aşağıdakılar daxildir: Ən Yaxşı Film Dr.
Avni Tolunay Münsiflər Heyəti Xüsusi Mükafatı Behlül Dal Ən Yaxşı İlk Film Mükafatı Ən Yaxşı Rejissor Mükafatı Cahide Sonku Mükafatı Ən Yaxşı Ssenari Mükafatı Ən Yaxşı Operator Mükafatı Ən Yaxşı Musiqi Mükafatı Ən Yaxşı Montaj Mükafatı Ən Yaxşı Sənət Rejissoru Mükafatı Ən Yaxşı Qadın Oyunçu Mükafatı Ən Yaxşı Köməkçi Oyunçu Mükafatı Qeyd edək ki, bu il festivalda ümumilikdə 8,9 milyon türk lirəsi məbləğində pul mükafatı təqdim olunacaq.
Birinci ANİMAFİLM Pitçinq Müsabiqəsi elan olundu "Harry Potter"in çəkilişlərinə başlandı - Yeni adaptasiyada İsanın möcüzəsi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu