Qızıl qaçaqmalçılığı üzrə daha bir nəfər Türkiyədə cinayət məsuliyyətinə cəlb olunub

29.11.2024

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib

Yetmiş kiloqramlıq qızıl qaçaqmalçılığı cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью