“Qızıl Qaya”da 4 nəfər zəhərləndi

01.11.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 31-də Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi şübhəsi ilə 4 qadın xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью