Qızıl qübbə layihəsi Mask iştirak edəcəkmi?

22.07.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Amerika prezidenti Donald Trampın administrasiyası “Qızıl Qübbə” raketdən müdafiə proqramını həyata keçirmək üçün sahibkar və milyarder İlon Maskın SpaceX şirkətinə alternativ axtarır. Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, nəzərdən keçirilən namizədlər arasında Jeff Bezosa məxsus "Amazon"  şirkətinin "Project Kuiper" layihəsi, həmçinin "Stoke Space" və "Rocket Lab." kimi startaplar var.
Alternativ axtarışın Ağ Evin "SpaceX" şirkətindən hədsiz asılılığınından qorxması ilə əlaqədar olduğu qeyd edilir. Xəbərdə deyilir: “Starlink" və "Starshield" peyk şəbəkələri ABŞ hərbi kommunikasiyalarının mərkəzinə çevrilib”.
Mənbələrin məlumatına görə, "SpaceX" şirkətinin "Qızıl Qübbə" layihəsinin əsas mərhələlərinin həyata keçirilməsinə köməklik göstərə biləcəyi də istisna edilmir.
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью