QIZIL REKORD HƏDDƏ BAHALAŞDI QİYMƏTLƏR

26.01.2026

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Günə artımla başlayan qızılın qiyməti dünyada rekord həddə bahalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaş ölkədə bir qram qızıl bu gün satış mağazalarında 7080 lirəyə (277 manat) təklif olunub.

Məlumatda deyilir ki, türkiyə dövləti tərəfindən sikkə halında istehsal olunan Cumhuriyyət qızılı (bir sikkə 7,216 qramdır - MİA.AZ) 47200 lirəyə (1850 manat) satışa çıxarılıb.

Mia.az keçmiş Moskva univermağıdan dəqiqləşdiriib ki, dünya bazarındakı bahalaşma Azərbaycana da təsirsiz qalmayıb: "Bazarda indi 583 və 586 əyarlı qızıl lom halında 150-153 manat aralığında, 750 əyar qızıl 225-230 manat, 999 əyar isə 300 manata civarında alınıb-satılır. Ola bilər ki, həftə ərzində bütün əyarlı qızıllara bir az da bahalaşar. Fakt odur ki, yanvarın əvvəlindən qiymətlər daim yüksəlişdədir, sabit qalmır..."

Hüsyen Namazov

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью