Qızıl son 10 ilin ən yaxşı dövrünü başa vurur | Icma.az
Icma.az, Teleqraf.com saytına istinadən bildirir. Dünya Qızıl Şurası 2025-ci il üzrə qızılın bazar dəyərinə dair proqnozunu açıqlayıb.
Hesabata görə, bu il qızıl son 10 ilin ən yaxşı dövrünü başa vurur.
Teleqraf.com xəbər verir ki, 2025-ci ildə baş verə biləcək ticarət müharibələri və geosiyasi hadisələr qiymətli metalın dəyərində həlledici rol oynayacaq.
"Faiz, risk və böyümənin sürətləndirilməsi" adı altında dərc edilən hesabata görə, qızılın qiyməti bu il 40 dəfə rekord qırıb.
İlin üçüncü rübündə qızıla tələb ilk dəfə 100 milyard dolları keçib.
İnvestisiya tələbi, geosiyasi risklər və maliyyə bazarlarındakı dalğalanmalar il ərzində qızılı dəstəkləyib.
Qızılın qiymətinin artmasında mərkəzi bankların oktyabrdan başlayaraq ehtiyatlarına bu əmtəəni əlavə etmələri də rol oynayıb.
Nəticədə qızıl ilin ən yaxşı aktivlərindən biri olub. Hesabata görə, 2025-ci ildə diqqətlər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın
Tam oxu
Xəbəri oxu