Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Comex" birjasında qızılın qiyməti son ayların ən aşağı səviyyəsinə enib.
Modern.az xəbər verir ki, 2026-cı ilin avqust ayında tədarük ediləcək qızıl füçerslərinin dəyəri martın 23-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 200 ABŞ dollarından aşağı düşüb.
Bakı vaxtı ilə saat 06:33-ə olan məlumata görə, qızılın qiyməti 3,79 faiz azalaraq hər unsiya üzrə 4 198,2 dollar təşkil edib.
Bir neçə dəqiqə sonra, saat 06:38-də isə ucuzlaşma tempi zəifləyib. Belə ki, qızıl füçerslərinin qiyməti 3,58 faiz azalaraq bir troya unsiyası üçün 4 207 dollar səviyyəsində qərarlaşıb.