“Qızıl Top 2026” üçün ilk reytinq: lider dəyişdi | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays “Qızıl Top 2026” mükafatı üçün ilkin güc reytinqinə başçılıq edir.
İdman.Biz xəbər verir ki, talkSPORT-un açıqladığı erkən proqnozlara əsasən, 27 yaşlı futbolçu 3/1 əmsalla siyahının ilk pilləsində qərarlaşıb.
Raysın mövsüm ərzindəki çıxışı “Arsenal”ı Premyer Liqada yeddi xal fərqi ilə zirvəyə daşıyıb.
Cari mövsümdə dör qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi tam mənada hərtərəfli yarımmüdafiəçi kimi formalaşıb.
“Arsenal” 2004-cü ildən sonra ilk dəfə çempion olarsa, Rays klub tarixində “Qızıl Top” qazanan ilk futbolçu, İngiltərə futbolunda isə 2001-ci ildə bu mükafatı alan Maykl Ouendən sonra ilk ingilis oyunçu ola bilər.
Siyahıda ikinci pilləni 7/2 əmsalla iki futbolçu bölüşür. “Real Madrid”in hücumçusu Kilian Mbappe 26 oyunda 30 qola imza atıb.
Eyni əmsalla “Barselona”nın gənc ulduzu Lamin Yamal da ön sıralardadır. O, 2025-ci il səsverməsində ikinci yeri tutmuşdu.
Tam oxu
Xəbəri oxu